Çexiya səfiri Tərcümə Mərkəzində olub

cexiya sefiri tercume merkezinde olub

Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, görülən işlərdən, dil və tərcümə sahəsində aparılan islahatlardan danışan Mərkəzin direktoru Afaq Məsud qurumun Çexiya ədəbiyyatına da kifayət qədər yer ayırdığını, məşhur çexiyalı şair və yazıçıları Mixail Çernikin, Yaroslav Qaşekin, Karel Sisin, Milan Kunderanın əsərlərinin tərcümə edilərək, “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edildiyini bildirib. Direktor Mərkəzin yeni nəşrlərindən olan “Çexiya-Azərbaycan” lüğətini qonağa təqdim edib.

 

Mərkəzin ədəbiyyatlararası mübadilələr, milli ədəbiyyatın beynəlxalq aləmdə təbliği, eləcə də dil və tərcümə sahəsində gördüyü işləri yüksək dəyərləndirən səfir Çexiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsində ədəbiyyatın rolunu xüsusi qeyd edib.

 

Vitezslav Pivonka, həmçinin Azərbaycan ədəbiyyatının nümunələrindən ibarət topluların Çexiyada, Çexiya ədəbiyyatı nümunələrindən ibarət topluların Azərbaycanda tərcümə və nəşr edilməsi ilə bağlı təkliflərini irəli sürüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:09 25 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub
    Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdi...
  • istanbul metrosunda yangin olub
    İstanbul metrosunda yanğın olub
istanbul metrosunda yangin olub istanbul metrosunda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ