Əbülfəs Qarayev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəri prosesə çevrilir"

ebulfes qarayev umumdunya medeniyyetlerarasi dialoq forumu beseri prosese cevrilir

"Bakı prosesini dəstəklədiyinə görə tədbir iştirakçılarına təşəkkür edirəm".

APA-nın məlumatına görə, bu sözləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəri prosesə çevrilir və tərəfdaş təşkilatların sayının artması da bunu göstərir: "BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu ildən Forumun təşkilatçıları sırasında iştirak etməsi mühüm faktdır. İnanıram ki, iki gün ərzində tədbir iştirakçıları Azərbaycanın qidasının da dadlı, təhlükəsiz olduğunun şahidi olacaqlar".

 

Nazir qeyd edib ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öncəki illərlə keçirilən forumlardan bir sıra məqamlarla fərqlənir: "IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk dəfə beynəlxalq təşkilatların yüksək səviyyəli toplantısının keçirilməsi nəzərdə tutulur. İnanırıq ki, birinci vitse-prezident Mehriban Əliyeva Forumda iştirak edəcək. Bu il Azərbaycan və UNESCO-nun təşəbbüsü ilə ekstremizmlə mübarizə məsələlərinə həsr olunan toplantı təşkil ediləcək. Forum çərçivəsində turizm və mədəniyyət nazirləri bir araya gələcək. Qida təhlükəsizliyi ilə bağlı xüsusi bir sessiya keçiriləcək. Sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çıxışı nəzərdə tutulub. Bundan başqa, Forum çəriçvəsində dünya parlamentləri nümayəndələrinin toplantısı keçiriləcək. Forum çərçivəsində xüsusi mükafat da təsis olunacaq".

 

Nazir UNESCO baş katibi İrina Bokovanın sabah Bakıya gələcəyini də əlavə edib. Ə. Qarayev xatırladıb ki, 2011-ci ildə birinci Foruma 40-a qədər ölkə qatılıb: "Bu il Forumda 120-yə qədər ölkənin, 50-yə qədər beynəlxalq təşkilatın, 50-yə qədər QHT-nin iştirakı nəzərdə tutulur. Bıütün bunlar Forumun beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdiyini göstərir. Forum ilk dəfə BMT-nin televiziyasında və internet saytında canlı yayımlanacaq".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
  • baki supsa neft kemerinden ogurluga cehd olub
    Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
baki supsa neft kemerinden ogurluga cehd olub baki supsa neft kemerinden ogurluga cehd olub +2
MƏZƏNNƏ
FOREX
/ 19 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ