Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək

genc tamasacilar teatri beynelxalq festivalda istirak edecek

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayında beynəlxalq teatr festivalında iştirak edəcək.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 4-9 oktyabr tarixlərində Kiyevdə keçiriləcək “ Mariya” Beynəlxalq Monotamaşaları Festivalında Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar artisti Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə ölkəmizi təmsil edəcək.

 

Tamaşa Azərbaycan və rus dillərində oynanılır. Səhnə əsəri indiyədək İran, Türkiyə, Moldova, Rusiya, Ukrayna və digər ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında bir sıra mükafatlara layiq görülüb.

 

Dünyanın müxtəlif ölkələrinin - Polşa, İspaniya, Slovakiya, Türkiyə teatr kollektivinin iştirak edəcəyi Beynəlxalq “Mariya” Monotamaşalar Festivalı çərçivəsində müsabiqələr, sərgilər, elmi konfranslar, ustad dərsləri və yaradıcılıq görüşləri keçiriləcək.

 

Festivalın məqsədi teatr xadimlərini, ədəbiyyat adamlarını, dramaturqları, musiqiçiləri bir araya gətirərək mədəni dialoqa xidmət etməkdir. Şövqü Hüseynov həmçinin festivalın “Mədəniyyətin möcüzəsi” adlı beynəlxalq konfransında Azərbaycan teatrının inkişafı və “Avropa və Ukrayna” teatrlarının əməkdaşlığına həsr olunan dəyirmi masada iştirak edəcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bilesuvarda 0 5 ton pambiq yanib
    Biləsuvarda 0,5 ton pambıq yanıb
  • bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub
    BSU-da “Uzaq və yaxın Polşa” kitabının təqdimatı olub...
bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub bsu da uzaq ve yaxin polsa kitabinin teqdimati olub +2
MƏZƏNNƏ
FOREX
/ 23 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.001
 
RR
0.0295