“İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi hazırlanacaq

islam medeniyyetinin paytaxti naxcivan 2018 loqotipi hazirlanacaq

“İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi hazırlanacaq.

 

APA-nın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam verib.

 

Sərəncama əsasən “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması üçün müsabiqə elan edilib. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyi ilə birlikdə loqotipin hazırlanması üçün müsabiqənin keçirilməsini təmin etmək tapşırılıb.

 

Qeyd edək ki, 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. 2016-cı ildə Təşkilat Komitəsinin ilk iclası keçirilib və hazırlıq işlərinə başlanıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ