Kukla Teatrının 85 illik yubileyi qeyd olunacaq

kukla teatrinin 85 illik yubileyi qeyd olunacaq

Dekabrın 28-də Azərbaycan Dövlət Kukla Teatrının 85 illik yubileyi münasibətilə  tədbir keçiriləcək.Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq tədbirdə teatrın keçdiyi zəngin sənət yoluna nəzər salınacaq, repertuarında yer alan tamaşalardan ibarək “Konsert-tamaşa - 85” adlı proqram nümayiş olunacaq.

 

Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə Molla Ağa Bəbirli qoyulub. Bu sənət ocağı müxtəlif illərdə (1931- 1941-ci illər); (1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərib. Azərbaycan və rus dillərində tamaşalar təqdim edən teatra 1964-ci il aprel ayının 15-də dövlət statusu verilib.

 

 

1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. Teatrın kollektivi müxtəlif illərdə Rusiya, Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Hollandiya, Türkmənistan, Gürcüstan, Yunanıstan, Misir, Mərakeş, İtaliya, Finlandiya kimi ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında təmsil olunaraq  mükafatlarla təltif olunub.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ