Lənkəran teatrı İrana qastrola gedəcək

Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasına qastrol səfərinə gedəcək.

 

Bu barədə APA-nın cənub bürosuna teatrın direktoru Tofiq Heydərov məlumat verib. Onun sözlərinə görə, yaradıcı kollektiv dekabr ayının 1-dən 7-nə kimi qonşu ölkənin Rəşt şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edəcək. 


İranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi bu səhnə əsərində iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetmələrindən bəhs olunur.  Əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aparıcı artistlərdən Əlibala Əsgərov, Aynur Əhmədova, Səyad Əliyev, Qızılgül Quliyeva,  Miraslan Ağayev, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Şəbnəm Hüseynova, Emil Rzayev və digərləri ifa edirlər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ