Mədəniyyət və turizm naziri Sabirabadda vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edib

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ə. Qarayev  Sabirabadda Şirvan şəhəri, Sabirabad, Hacıqabul, İmişli, Saatlı və Füzuli rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda vətəndaşların yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

 

Qəbula gələn bütün vətəndaşları dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

 

Nazir jurnalistlərə açıqlamasında mədəniyyət abidələrinin qorunması və bərpası, muzey və qalereyalarda ekspozisiyaların yenilənməsi kimi müraciətlərin olduğunu deyib: “Artıq yerlərdə vətəndaşlar tərəfindən müasir texnologiyaların tətbiqi, musiqi məktəbləri üçün vahid not portalının yaradılması, kitabxanalara vizual kitab vəsaitlərinin verilməsi, regionlarda rəsm qalereyalarının yeni əsərlərlə təmin olunması kimi təkliflər ili sürülür. Eyni zamanda, Azıx mağarasında ermənilər tərəfindən qazıntı işlərinin aparılmasının qarşısının alınması üçün dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması və digər tarixi abidələrimizin bərpası kimi müraciətlər də diqqətəlayiqdir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ