Anatoli İksanov: “Ən mühümü odur ki, keçmiş Sovet ölkələrindən milyonlarla insan bir daha Gəncə barədə eşidəcək"

anatoli iksanov en muhumu odur ki kecmis sovet olkelerinden milyonlarla insan bir daha gence barede esidecek

“Gəncənin Novruz günlərində MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin dərin simvolik mahiyyəti var”.

 

APA-nın məlumatına görə, bunu MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy deyib.

 

O, Azərbaycanın ən qədim şəhərlərindən olan Gəncənun bu gün bu qədər cavan olmasından məmnunluğunu ifadə edib: “Dərin mədəniyyət ənənələrinin müasir inkişafla birləşməsi şəhəri çox cəlbedici edir. Burada Azərbaycanın Nizami Gəncəvi, Məhsəti Gəncəvi kimi dünya şöhrətli şairləri dünyaya gəlib, fəaliyyət göstərib. Bizim üçün bu şəhərin paytaxt elan edilməsi çox vacibdir. Həmçinin hesab edirik ki, bu il Gəncə sakinləri üçün elm, təhsil, mədəniyyətə dair aktiv proqramlarla dolu bir il olacaq. Mən əminəm ki, siz Azərbaycanın sərhədlərindən kənarda mövcud olan MDB ölkələrinin mədəniyyətini burada hiss edə biləcəksiniz. Azərbaycan mədəniyyətinin digər ölkələrin mədəniyyətləri ilə qarşılıqlı əlaqələri Gəncə üçün də son dərəcə faydalı olacaq”.

 

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov bildirib ki, bu, postsovet məkanında 2011-ci ildən fəaliyyət göstərən çox gözəl layihədir: “Ən mühümü odur ki, keçmiş Sovet ölkələrindən olan milyonlarla insan bir daha Gəncə barədə eşidəcək, necə şəhər olduğunu biləcək. Çoxsaylı mədəniyyət, elm nümayəndəsi bu il ərzində Gəncəyə gələcək, tanışlıqlar həyata keçiriləcək. Onlar bu şəhərin çoxəsrlik mədəniyyətini hiss edəcəklər”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
  • azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya
    Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOSESSİYA...
azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ