Nazir: “Erməni işğalını hər gün hiss edirik”

nazir ermeni isgalini her gun hiss edirik

“Qarabağdakı işğalını biz təkcə torpaqların itirilməsi ilə hiss etmirik. Biz hər gün - beynəlxalq tədbirlərdə, internet məkanında, mətbuatda, mətbəxdə, kinolarda bu işğalın şahidi oluruq. Elə ay, elə il olmur ki, qonşularımız bizim hansısa mədəni sərvətimizə əl uzatmasın. Bunu tarixi abidələrimizə, musiqimizə, mətbəximizə olan münasibətdə hiss edirik”.

 

APA-nın xəbərinə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Qarabağ: tarix və irs” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, Azərbaycan tərəfi ermənilərin bu iddialarının qarşısını almağa çalışır: “Azərbaycan xalqı ona məxsus olan mədəni sərvətlərin UNESCO siyahısına daxil olmasına nail olub. Bu gün tar, aşıq musiqisi, xalçamız qeyri-maddi mədəni irs siyahısına daxildir. Bu dəyərlər təkcə Azərbaycan xalqına yox, həm də bəşəriyyətə məxsusdur”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ