Nazir: "Mədəniyyət və turizm idarələrinin işinin təşkili üçün islahatlar davam edəcək"

nazir medeniyyet ve turizm idarelerinin isinin teskili ucun islahatlar davam edecek

Lənkəranda nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub.

 

Ə. Qarayev turizmin inkişafı sahəsində həyata keçirilən işlərdən danışaraq qeyd edib ki, regionlarda turizm sənayesinin inkişafı və turizm klasterlərinin yaradılması istiqamətində görülən tədbirlər davam etdiriləcək.

 

Regional mədəniyyət və turizm idarələrinin işinin təşkili üçün islahatların davam etdiriləcəyini deyən nazir əlavə edib ki, mövcud problemlərin aradan qaldırılması, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılmalıdır.

 

Nazir yerlərdə mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini diqqətə çatdırıb.

 

Müşavirədə çıxış edənlər mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti barədə təkliflərin hazırlanıb həyata keçirilməsi haqqında fikirlərini bildiriblər.

 

Müşavirədə idarə rəhbərlərinə tapşırıq verilib ki, işlərinə daha ciddi yanaşsınlar və səmərəli fəaliyyət göstərsinlər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ