Nazir: “Müşfiqin heykəlini götürənlər məsuliyyətə cəlb olunmalıdır”

nazir musfiqin heykelini goturenler mesuliyyete celb olunmalidir

”Mikayıl Müşfiqin abidəsinin götürülməsi bizim hamımızı sarsıtdı. Məsələdən xəbərdar olan kimi dərhal müvafiq tapşırıqlar verdik. Bu, tam məsuliyyətsiz yanaşmadır”.

  
APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

 

Nazir bildirib ki, bu fakt Azərbaycan qanunlarına hörmətsizlik deməkdir: “Müşfiqin heykəli Azərbaycanın dövlət əhəmiyyətli abidələri siyahısındadır. Ona görə də, abidənin götürülməsi mütləq müvafiq dövlət orqanları ilə razılaşdırılmalı idi. Çox narahatıq. Artıq “Azəravtoyol"un rəhbərliyi ilə ciddi söhbət aparmışıq. Bütün bərpa işləri onların hesabına aparılacaq. Mən əminəm ki, bu işi görən adamlar məsuliyyətə cəlb olunmalıdır. Biz ictimaiyyəti əmin etmək istəyirik ki, bütün proseslərə ciddi nəzarət edirik. Müşfiqin heykəli mütləq bərpa olunacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki seheri 8 nomreli tam orta mektebe kerim kerimovun adi verilib
    Bakı şəhəri 8 nömrəli tam orta məktəbə Kərim Kərimovun adı v...
  • uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib
    Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb...
uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.016
 
RR
0.0296
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ