Nəsibə Zeynalovanın 100 illiyi münasibəti ilə yubiley gecəsi keçirilib

Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibəti ilə yubiley gecəsi keçirilib.

 

APA-nın məlumatına görə, tədbir Azərbaycan prezidentinin Nəsibə Zeynalovanın 100 illik yubileyi haqqında sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub. Mərasimdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, sənətkarın yaxınları iştirak edib.

 

Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev aktrisanın həyat yoluna nəzər salıb. Bildirib ki, Nəsibə  Zeynalova qüdrətli sənətkar kimi parlaq yaradıcılıq yolu keçib və yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyəti salnaməsində silinməz iz qoyub.

 

Nazir müavini bildirib ki, Nəsibə Zeynalovanın yubiley tədbirləri il ərzində müxtəlif mədəniyyət ocaqlarında qeyd olunub, sənətkarın xatirəsi hər zaman xalqın, sənətsevərlərin qəlbində yaşayacaq.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət, Nəsibə Zeynalova ilə birlikdə çalışan aktyorlar sənətkar haqqında xatirələrini bölüşüblər.

 

Daha sonra Nəsibə Zeynalovanın rol aldığı filmlərdən, tamaşaların lent yazılarından kadrlar nümayiş olunub, oynadığı tamaşalardan parçalar göstərilib.

 

Aktrisanın oğlu Cahangir Novruzov yubiley tədbirinin təşkilinə, Nəsibə Zeynalovanın xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. 

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
09:24 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide avtomobil hasara cirpilib xesaret alanlar var
    Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var...
  • fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1
    FHN Bakının mərkəzində mağazada baş verən yanğınla bağlı məl...
fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ