Səfir: "Ermənistan Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru seçilməməsi üçün çirkin kampaniya aparır"

sefir ermenistan polad bulbuloglunun unesco nun bas direktoru secilmemesi ucun cirkin kampaniya aparir

"Polad Bülbüloğlunun UNESCO-nun baş direktorluğuna namizədliyi ilə bağlı bütün sənədlər rəsmiləşdirilərək qurumun müvafiq orqanlarına təqdim edilib".

 

APA-nın xəbərinə görə, bunu Azərbaycanın UNESCO-dakı səfiri Anar Kərimov deyib.

 

O bildirib ki, İcraiyyə Şurasında artıq ilkin müsahibələr keçirilib: "Bütün namizədlər sorğu-sual edilib. Polad Bülbüloğlu da həmin müsahibədən keçib və İcraiyyə Şurası üzvlərinin suallarına cavab verib. Kampaniya davam edir. Bu ilin oktyabrında səsvermə keçiriləcək və namizəd Baş Konfransa təqdim ediləcək. Baş Konfrans namizədi təsdiqləyəcək".

 

A. Kərimov qeyd edib ki, Azərbaycan həmişə uğurlu bir təşəbbüs irəli sürəndə Ermənistan buna qarşı çirkin kampaniya aparır, Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyi məsələsində də istisna olmayıb: "Biz artıq Ermənistanın təxribatlarına öyrəşmişik. Təbii ki, Azərbaycana qarşı çirkin kampaniyaya cəhd edirlər. Amma bu əks-təbliğat bizi qarşımıza qoyduğumuz məqsəddən döndərməyəcək. Biz həm namizədimizin kampaniyası, həm də UNESCO çərçivəsində göstərdiyimiz fəaliyyətlə bağlı yolumuza davam edəcəyik".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ