Sofiyada “Azərbaycan filmi” gecəsi keçirilib

Sofiyada keçirilən MENAR Film Festivalı çərçivəsində “Azərbaycan filmi” gecəsi təşkil olunub.

 

Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya bildirilib ki, gecəyə Bolqarıstan Xalq Parlamentinin vitse-spikeri Dimitar Qlavçev, parlamentin Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbəri Korman İsmaylov, digər deputatlar, Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə Komissiyasının sədri Ana Cumaliyeva, Milli Statistika İnstitutunun sədri Sergey Tsvetarski, dövlət və özəl qurumların, QHT və KİV-in nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri qatılıb. Yanvarın 12-29-da keçiriləcək 9-cu festivalda ilk dəfə Azərbaycan filmləri nümayiş olunub.

 

Filmin nümayişindən öncə səfir Nərgiz Qurbanova Bolqarıstan Milli Radiosuna müsahibə verib.  Səfir qeyd edib ki, bu il Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci il ildönümüdür.

 

Gecənin açılışında çıxış edən səfir bu tədbirin diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində təşkilindən məmnunluğunu bildirib.

 

Gecədə “Qırmızı bağ” və “Şəhər motivləri” filmləri göstərilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ