UNESCO-nun baş direktoru: “Biz dialoqu, sülhü daha da gücləndirməliyik”

unesco nun bas direktoru biz dialoqu sulhu daha da guclendirmeliyik

”Mədəni müxtəliflik əsrlər boyu Azərbaycanın zənginliyini nümayiş etdirən məqam olub”.
 

APA-nın məlumatına görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində UNESCO-nun baş direktoru İrina Bokova deyib. O bildirib ki, bəşəriyyət bir ailədir: “Bu, UNESCO-nun dünyaya baxışıdır. Biz bəşəriyyətin zənginliyini mühafizə etməliyik. Biz qlobal vətəndaşlığı da təbliğ edirik. UNESCO üçün sülh, əmin-amanlıq vacibdir. Həmrəyliyə, anlaşmaya ehtiyacımız var. Biz innovasiyalara rəvac verməli, Azərbaycan prezidentinin qeyd etdiyi kimi, müxtəliflikləri qəbul etməliyik”.
 
UNESCO baş direktoru gənc nəslin radikalizmdən qorunması üçün proqramlar həyata keçirdiklərini söyləyib: “Biz qlobal problemlərə, münaqişələrin həllinə cavab verəcək fəaliyyət həyata keçirməliyik. Maarifləndirmə səviyyəsini artırmalıyıq. İrqçiliyə, potensial soyqırımlara qarşı önləyici tədbirləri, dialoqu, sülhü daha da gücləndirməliyik. Mədəni müxtəliflik bəşəriyyətin qürur mənbəyi olmalıdır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ