Vaşinqtonda "Əli və Nino" filminin premyerası keçirilib

Azərbaycan və Gürcüstanın ABŞ-dakı səfirliklərinin birgə təşkilatçılığı ilə Vaşinqtondakı ABŞ Hərbi Dəniz Qüvvələrinin Xatirə və İrsi Mərkəzində (Navy Memorial and Navy Heritage Center) "Əli və Nino" filminin premyerası keçirilib.

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilən filmin təqdimata ABŞ Administrasiyası və Konqresinin rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş  səfirlər və yüksək rütbəli diplomatlar, düşüncə mərkəzlərinin təmsilçiləri, ictimai xadimləri olmaqla 300 nəfərə yaxış şəxs qatılıb.

 

Tədbirdə ziyafət verilib, səfirlər Elin Süleymanov və David Bakradze giriş nitqi deyiblər.
 
Gürcüstan səfiri Gürcüstanla Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, bu il hər iki ölkənin ABŞ-la diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü olduğunu qeyd edərək, ABŞ tərəfindən hər iki ölkənin müstəqillik və suverenliyinə davamlı dəstəyinin vacibliyinə toxunub. 

 

Azərbaycan səfiri nümayiş etdiriləcək əsərin tarixi əhəmiyyətindən danışıb. E. Süleymanov əsərin ərsəyə gəlməsinə böyük səylər göstərmiş filmin yaradıcı heyətinə  təşəkkürünü bildirib və bu xüsusda icraçı prodüser Leyla Əliyevanın böyük zəhmətini qeyd edib.  
 

Sonra filmin premyerası keçirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ