Xalq artisti Rafael Dadaşov xəstəxanadan evə buraxılıb

xalq artisti rafael dadasov xestexanadan eve buraxilib

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Rafael Dadaşov xəstəxanadan evə buraxılıb.

 

Bu barədə APA-ya Rafael Dadaşov özü məlumat verib. O bildirib ki, səhhətindəki problemlər tam aradan qaldırılmasa da, özünü nisbətən yaxşı hiss edir: “İlk günlərlə müqayisədə əlbəttə, yaxşıyam. Təzyiq problemi qaydasına düşüb, məni kəskin şəkildə narahat etmir. Həkimlərin məsləhəti ilə evə buraxıldım, amma bu, o demək deyil ki, müalicələr davam etməyəcək. Ola bilər, növbəti günlərdə yenidən həkimə müraciət edim. Çünki tam sağalmışam deyə bilmərəm. Tamaşaçılar, mənim sənətimi qiymətləndirən insanlar narahat olmasınlar, səhhətimdə ciddi mənada problem yoxdur. Mənimlə maraqlanan, mənə görə qayğılanan insanlara minnətdaram, inanıram ki, hər şey yaxşı olacaq”.  

 

Qeyd edək ki, xalq artisti Rafael Dadaşov mayın 8-də Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yeriləşdirilmişdi.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ