Xalq rəssamı Tokay Məmmədovun 90 illik yubileyi qeyd edilib

Nizami Kino Mərkəzində xalq rəssamı Tokay Məmmədovun 90 illik yubileyi qeyd edilib.

 

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə sənətkarın həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tokay Məmmədovun Azərbaycan heykəltaraşlığının inkişafındakı xidmətlərindən danışıb, onu böyük sənətkar, əvəzedilməz müəllim kimi dəyərləndirib. Nazir bildirib ki, Tokay Məmmədov bir çox şairlərin, alimlərin, dövlət xadimlərinin büst-portretlərini, heykəllərini ustalıqla yaradıb. Əbülfəs Qarayev Tokay Məmmədova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim edib.

 

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Tokay Məmmədovun yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun yaratdığı sənət əsərlərinin təkcə Azərbaycanda yox, ölkədən kənarda da tanındığını, sevildiyini bildiriblər.

 

Qeyd edək ki, 1927-ci il iyulun 18-də Bakıda dünyaya gələn T.Məmmədov Azərbaycanın ilk qadın heykəltəraşı Zivər Məmmədovanın ailəsində boya-başa çatıb. O, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirdikdən sonra Leninqrada (indiki Sankt-Peterburq) gedərək İ.Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə qəbul olunub. Ali təhsilini başa vuran T.Məmmədov Leninqradda heykəltəraş kimi fəaliyyət göstərib və orada Rəssamlar İttifaqına üzv seçilib. Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib.

 

Tokay Məmmədov Məhəmməd Füzulinin, Üzeyir Hacıbəyovun, Məşədi Əzizbəyovun, Nəsiminin, Koroğlunun heykəllərinin müəllifidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sergey lavrov munaqisenin helli ile bagli menyu masa uzerindedir
    Sergey Lavrov: “Münaqişənin həlli ilə bağlı menyu masa üzəri...
  • cenubi qafqaz boru kemerine bu il 657 mln dollar xerclenib
    Cənubi Qafqaz Boru Kəmərinə bu il 657 mln. dollar xərclənib...
cenubi qafqaz boru kemerine bu il 657 mln dollar xerclenib cenubi qafqaz boru kemerine bu il 657 mln dollar xerclenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9941
 
RR
0.0287