BMT-nin baş katibi beynəlxalq sülh günü münasibəti ilə müraciət yayıb
15 sentyabr 2008 10:01 (UTC +04:00)
“Bu il qeyd olunan Beynəlxalq Sülh Günü xüsusi məna kəsb edir. Bu il biz İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin qəbul olunmasının 60-cı ildönümünü qeyd edirik”. Bu barədə BMT-nin baş katibi Pan Ki Munun 21 sentyabr Beynəlxalq Sülh Günü ilə bağlı müraciətində qeyd olunub. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə sülhə nail olmaq üçün insan hüquqlarının rolunun əvəzedilməz olduğu vurğulanıb: “Hələ də dünyada bir çox insanların hüquqları, xüsusilə silahlı münaqişələr zamanı və münaqişələrdən sonrakı dövrdə pozulmaqda davam edir. Məhz buna görə də biz çalışmalıyıq ki, Bəyannamədə qeyd olunan hüquqlar günümüzün reallığına çevrilsin”.
Baş katib qeyd edib ki, BMT dünya xalqlarını səfərbər etmək məqsədi ilə mesaj kampaniyasına start verir: “Mənim mesajımda deyilir: “21 sentyabr - Beynəlxalq Sülh Günüdür. Mən ümumdünya liderlərinə və bütün dünya əhalisinə səslənərək münaqişə, yoxsulluq və aclığa qarşı və hamı üçün insan hüquqlarının təmin olunması istiqamətində qüvvələrin birləşdirilməsinə çağırıram”.

Xarici siyasət
İcma: “Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik”
12:41
13 oktyabr 2024
Niderland Parlamenti tərəfindən Azərbaycan əleyhinə qəbul edilən 2 qətnaməyə Bakı Təşəbbüs Qrupundan cavab verilib
12:26
13 oktyabr 2024
XİN: Paşinyanın 2023-cü ildə qondarma “müstəqillik”lə bağlı separatçı xunta rejiminə təbrikini heç kəs unutmayıb
14:58
12 oktyabr 2024
Rəsmi Bakı: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur
14:54
12 oktyabr 2024