Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 16 avqust 2016 21:08 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Qazaxda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə Bakı-Qazax magistral yolunun 505-ci kilometrliyində, Qazax rayonun Birinci Şıxlı kəndi ərazisində qeydə alınıb. “Mercedes” ilə “VAZ 21014” markalı avtomobillərin toqquşması zamanı iki nəfər, rayonun ikinci Şıxlı kənd sakinləri, 1965-ci il təvəllüdlü İqbalə Vəliyeva və 1997-ci il təvəllüdlü Elnarə Qurbanova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Onların vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR