İranda ətin qiyməti xeyli qalxıb

İranda ətin qiyməti xeyli qalxıb
# 19 fevral 2016 11:36 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Son günlər İranda ət xeyli bahalaşıb.

APA-nın Tehran bürosunun məlumatına görə, yerli ekspertlər buna səbəb kimi diri heyvanların ixracının artmasını və qaçaqmalçılığı göstərirlər.

Qeyd edək ki, İran qonşu ölkələrə, xüsusən Fars Körfəzi ölkələrinə diri heyvan ixrac edir.

İran ötən ilin təkcə mart, aprel və may aylarında 70 milyon baş heyvan ixrac edib. Ölkədə ət məhsulları istehsalının xərcləri baha olduğu üçün qırmızı ətin idxalı daha sərfəlidir. Hazırda İrana Braziliyadan qırmızı ətin 1 kiloqramı 4 avroya idxal edir. Ölkədə isə qırmızı ətin kiloqramı 8 avrodur.

İranın Bazarqan sərhəd keçid məntəqəsində ABŞ, Braziliya, Türkiyə, İspaniya, Avstriya və Belçikadan digər qonşu ölkələrə, o cümlədən Azərbaycan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İraq və Əfqanıstana daşınan heyvan mənşəli məhsullar karantində saxlanılır və tibbi yoxlanışdan sonra həmin ölkələrə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR