Tovuzda avtomobil aşıb, ölən və xəsarət alan var

Tovuzda avtomobil aşıb, ölən və xəsarət alan var
# 11 iyun 2020 17:34 (UTC +04:00)

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb.

Qəza zamanı 2 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralı isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları və Təcili Tibbi Yardım birqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR