Qəzza zolağı ilə sərhəddə İsrail hərbçiləri 26 yaşlı fələstinlini güllələyiblər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə “əl-Büreyc” qaçqın düşərgəsi yaxınlığında baş verib.
İsrail ordusunun nümayəndəsi bildirib ki, bir qrup fələstinli bufer zonasına daxil olaraq sərhəd hasarlarını sındırmağa başlayıb. Buna cavab olaraq hərbçilər atəş açıblar. Nəticədə 26 yaşlı Məhəmməd Əbu Saada öldürülüb.
Həmçinin 2 nəfər fələstinlinin yaralandığı bildirilir.