Media nümayəndələri Qazaxın işğaldan azad olunmuş Xeyrimli kəndində olub.
APA-nın yerli bürosunun məlumatına görə, media nümayəndələrinə kənd haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, digər ərazilərdə olduğu kimi Xeyrimli kəndində də dövlət sərhədi gecə-gündüz idarə olunun kameralar vastəsi ilə mühafizə olunur.
Qeyd edək ki azad olunan kəndlərdə Dövlət Sərhəd Xidmətinin sərhədçiləri xidmət aparır.
***
15:42
Media nümayəndələri Qazaxın işğaldan azad olunmuş Qızılhacılı kəndindən sonra Aşağı Əskipara və Bağanıs Ayrım kəndlərində olublar.
APA-nın yerli bürosunun məlumatına görə, media tur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutub. Mediya nümayəndələri sərhədçilərin xidməti ilə yerində tanış olublar
Burada ermənilərin törətdiyi vandalizmi yaxından görüblər. Jurnalistlər kəndlərdə dağıdılmış evlərə baxış keçiriblər.