Rio-2016: Türkiyəni təmsil edən azərbaycanlı atlet yarımfinal mərhələsinə yüksəlib

<span style="color: red;">Rio-2016:  Türkiyəni təmsil edən azərbaycanlı atlet yarımfinal mərhələsinə yüksəlib
# 16 avqust 2016 18:06 (UTC +04:00)

Bakı-APA. Azərbaycanlı atlet Ramil Quliyev Rio Olimpiadasında yarımfinala yüksəlib. Apasport.az saytının məlumatına görə, 200 metr məsafəyə qaçışda Türkiyəni təmsil edən sprinter ilk mərhələni uğurla adlayıb.

Üçüncü təsnifat qrupunda mübarizə aparan Ramil 20.23 saniyə nəticə ilə ikinci olub və yarımfinala yüksəlib.

Qeyd edək ki, yarımfinal yarışları avqustun 18-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR