ESPN futbol tarixinin ən qalmaqallı transferlərini dərc edib.
Apasport.az saytının məlumatına görə, siyahı "10-luq" kimi müəyyənləşdirilib.
İlk sırada 1989-cu ildə "Nant"dan "Reyncers"ə keçən hücumçu Mo Conston qərarlaşıb. Çünki Conston daha əvvəl "Seltik"də çıxış edib və ora qayıtmalı idi. Ancaq son anda fikrini dəyişərək, əzəli rəqibə keçib.
Portuqaliyalı Luiş Fiqunun "Barselona"nı "Real"a dəyişməsi siyahının ikinci pilləsindədir.
Ən qalmaqallı 10 transfer:
1. Mo Conston ("Nant"dan "Reyncers"ə)
2. Luiş Fiqu ("Barselona"dan "Real"a)
3. Sol Kempbell ("Tottenhem"dən "Arsenal"a)
4. Roberto Bacco ("Fiorentina"dan "Yuventus"a)
5. Yohan Kroyf ("Ayaks"dan "Feyenoord"a)
6. Eşli Koul ("Arsenal"dan "Çelsi"yə)
7. Robin van Persi ("Arsenal"dan "Mançester Yunayted"ə)
8. Con Robertson ("Nottingem Forest"dən "Derbi"yə)
9. Karlos Tevez ("Mançester Yunayted"dən "Mançester Siti"yə)
10. Con Obi Mikel ("Mançester Yunayted"dən "Çelsi"yə)