Baş nazirin müavini: "Qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq istəyirik"

Baş nazirin müavini: "Qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq istəyirik"
# 30 noyabr 2017 09:23 (UTC +04:00)

"Qiymətləndirməyə görə, bu gün Azərbaycanda qeyri-leqal məşğulluq yüksəkdir".


APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icrası ilə bağlı keçirilən mətbuat konfransında bildirib.


Ə. Əhmədov deyib ki, bu gün işləyən 4,7 milyondan 1,5 milyonu rəsmi məşğuldur: "Məsələn, qeyri-rəsmi məşğul çalışanlara baxsaq, bu gün özəl kənd təsərrüfatında çalışanlar aylıq 4 manat vəsait ödəyir. Bununla gələcəkdə pensiya almaq mümkün deyil. Biz qeyri-rəsmi məşğulluğu aradan qaldırmaqla dövlət büdcəsinə böyük miqdarda ödənişlərə nail olmaq istəyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR