20-27 aprel tarixlərində Azərbaycanda mobil və sabit genişzolaqlı internet şəbəkələrinin orta yüklənmə sürətində bu ilin əvvəlindən ən yüksək göstərici qeydə alınıb.
“APA-Economics” “Ookla”nın yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan həftə ərzində ölkənin sabit genişzolaqlı şəbəkəsində yüklənmə sürəti 8% artaraq 20,18 Mbit/s, mobil şəbəkədə isə bu artım 4% təşkil edərək 28,57 Mbit/s çatıb.
Ümumilikdə isə qeyd olunan müddət ərzində dünya üzrə sabit və mobil şəbəkələrin yüklənmə sürətində müvafiq olaraq 2% (74,72 Mbit/s) və 3% (31,81 Mbit/s) azalma qeydə alınıb.