Bakıda iki nəfər dəm qazından boğularaq ölüb

Bakıda iki nəfər dəm qazından boğularaq ölüb
# 04 mart 2020 09:27 (UTC +04:00)

Bakıda iki nəfər dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, paytaxtın Yasamal rayonu Yeni Yasamal 1, ev 7, mənzil 20-də yaşayan, 2004-cü il təvəllüdlü Məlikova Nəzakət Aqil qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub.

Bundan başqa Səbail rayonu, Qurban Abbasov küçəsi 2, mənzil 6-da 1964-cü il təvəllüdlü Zemfira Buksayeva dəm qazından boğularaq ölüb.

Birinci faktla Yasamal rayon Prokurorluğunda, ikinci faktla bağlı isə Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olma) maddələri ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR