Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 14 sakin təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 14 sakin təxliyə edilib
# 27 fevral 2020 09:20 (UTC +04:00)

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

APA-nın FHN-nin saytına istinadən xəbərinə görə, çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 4 ədəd elektrik sayğacı və 2 p.m elektrik naqili yanıb.

Yanğın zamanı 4-ü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR