Türkiyə Jandarma Baş Komandanının Azərbaycana səfərinin vaxtı dəqiqləşib

Türkiyə Jandarma Baş Komandanının Azərbaycana səfərinin vaxtı dəqiqləşib
# 06 yanvar 2011 10:50 (UTC +04:00)
Yanvarın 17-dən başlayacaq səfər yanvarın 20-dək davam edəcək. Səfər çərçivəsində jandarma komandanı Fəxri Xiyabanı, Şəhidlər Xiyabanının və Bakıdakı Türk Şəhidliyini ziyarət edəcək, həmçinin Daxili İşlər Nazirliyi, DİN Daxili Qoşunlar Baş İdarəsi, Dövlət Sərhəd Xidməti və digər qurumlarda, o cümlədən hərbi tədris müəssisələrində tanışlıq xarakterli görüşlər keçirəcək.

Generalın Azərbaycan prezidenti ilə də görüşü gözlənilir.

Qeyd edək ki, ordu generalı N. Özəl jandarma baş komandanı olaraq Azərbaycana ilk dəfədir səfər edir. Səfər tanışlıq məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR