Azərbaycan Silahlı Qüvvələrinin hərbçisini ildırım vurub

Azərbaycan Silahlı Qüvvələrinin hərbçisini ildırım vurub
# 14 may 2011 08:51 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan Ordusunun iki hərbçisi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisələrdən biri Şəmkir Hərbi Birləşməsinə məxsus hərbi hissələrdən birində qeydə alınıb. Milli Ordunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1987-ci il təvəllüdlü Seymur Sabir oğlu Qədirov ildırım vurması nəticəsində vəfat edib.

Digər hadisə isə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Azərbaycan Ordusunun hərbçisi, 1987-ci il təvəllüdlü Osman Firdovsi oğlu Əliyev avtomobil qəzasına düşüb. O aldığı xəsarətlərdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən hərbçilərimiz – S. Qədirov Kürdəmir, O. Əliyev isə Culfa Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR