Türkiyənin “Otokar” şirkəti Azərbaycana “Cobra” nəqliyyat vasitələrinin tədarükünü başa çatdırıb

Türkiyənin “Otokar” şirkəti Azərbaycana “Cobra” nəqliyyat vasitələrinin tədarükünü başa çatdırıb
# 14 may 2011 09:54 (UTC +04:00)
İstanbul. Rəşad Süleymanov - APA. Türkiyənin “Otokar” şirkəti Azərbaycan Müdafiə Nazirliyi ilə ötən ilin sonunda imzalanmış müqavilədə nəzərdə tutulan zirehli hərbi nəqliyyat vasitələrinin tədarükünü başa çatdırıb. Bu barədə APA-ya “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc məlumat verib.

Onun sözlərinə görə, müqavilə çərçivəsində Azərbaycana “Cobra” zirehli maşınlarının bir neçə fərqli modelləri və “Land Rover Defender” nəqliyyat vasitələri çatdırılıb. Müqavilə üzrə Azərbaycana satılan zirehli avtomobilin sayını və hansı modellər olduğunu açıqlamayan S.Görgüc qeyd edib ki, hazırda “Otokar” mütəxəssisləri tərəfindən “Cobra”ları idarə edəcək personala təlimlər keçilir.

“Nəqliyyat vasitələrimizin Azərbaycan şəraitində uğurlu olacağını düşünürük. Hazırda tərəfimizdən bu nəqliyyat vasitələrini idarə edəcək sürücülərə təlimlər verilir” - deyə şirkət rəhbəri vurğulayıb.

Hazırda “Otokar” şirkəti Azərbaycanla növbəti əməkdaşlıq layihələrini də nəzərdən keçirir.

Qeyd edək ki, “V” formalı gövdəyə malik “Cobra” nəqliyyat vasitələri minaya qarşı dayanıqlığa malikdir. Nəqliyyat vasitəsi hazırda 15 ölkədə istifadə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR