Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub
# 27 iyul 2011 07:12 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 26-da saat 10.40-dan 10.45-dək, 20.00-dan 20.10-dək və 21.30-dan 21.40-dək Ermənistan Respublikasının Berd rayonunun Ayqezor və Mosesqerx kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimizi, saat 10.45-dən 10.50-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 14.40-dan 15.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.30-dan 14.40-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.40-dan 14.50-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR