Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamal Əhmədov və Mansur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, məhkəmənin hökmünə əsasən, Mansur Əhmədov 2 il sınaq müddəti olmaqla 7 il 6 ay, Kamal Əhmədov isə 2 il sınaq müddəti olmaqla 7 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələduzluq) maddələri ilə ittiham olunurlar.