Üçtərəfli formatda növbəti Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu noyabr ayında Türkiyədə keçiriləcək.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Tbilisidə Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşündə deyib.
Nazir qeyd edib ki, uğurla həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi həm də mövcud Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə imkan verir. “2017-ci ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsi üçün xüsusilə əhəmiyyətlidir”, - deyə nazir vurğulayıb.