Məhkəmə soyğunçuluqda təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmə soyğunçuluqda təqsirləndirilən şəxsə bəraət verib
# 04 may 2017 16:20 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda, xuliqanlıqda və soyuq silah gəzdirməkdə təqsirləndirilən Fərhad Hacıyev, Şükür Hüseynov və Söhbət Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən Fərhad Hacıyev 6 il, Şükür Hüseynov isə 4 il müddətə azadlıqdan məhrum edilib. Məhkəmə Söhbət Abdullayev barəsində bəraət hökmü çıxarıb.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Qaradağ rayonu Xocasən qəsəbəsində olan yanacaqdoldurma məntəqəsinə daxil olaraq 30 manatlıq benzini soyğunçuluq yolu ilə ələ keçiriblər. Şikayət əsasında hər 3 şəxs saxlanılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR