Kəmaləddin Heydərov tikinti sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb

Kəmaləddin Heydərov tikinti sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb
# 16 fevral 2016 12:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov tikinti sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 26-da keçirdiyi iclasda verilən tapşırıqların icra ediləcəyini bildirən K. Heydərov qedy edib ki, görüşdə məqsəd respublikada tikinti işlərinin sürətləndirilməsi və mövcud problemlərin aradan qaldırılmasıdır.

Azərbaycanda son illər aparılan tikinti-quruculuq işlərindən söz açan nazir tikinti işləri ilə bağlı layihə-sənədləşmə işlərinin sürətləndirilmiəsi üçün yaxın vaxtlarda Fövqəladə Hallar Nazirliyində sahibkarların elektron imza vasitəsi daxil olacağı onlayn elektron sistemin istifadəyə veriləcəyini, bu sistemin tikinti sahəsində “vahid pəncərə” rolunu oynayacağını nəzərə çatdırıb.

İctimai nəzarətin əhəmiyyətini vurğulayan fövqəladə hallar naziri gələcəkdə tikinti şirkətlərinin nümayəndələrinin də iştirakı ilə FHN yanında İctimai Şura yaradılacağını, İctimai Şuranın sahibkarların problemlərinin həllində əhəmiyyətli rol oynayacağını vurğulayıb. K. Heydərov onu da qeyd edib ki, əvvəllər yerli icra strukturları tərəfindən yol verilən neqativ halların qarşısı bundan sonra alınacaq, heç bir süni maneə olmayacaq.

Görüşdə sahibkarların suallarını cavablandıran K. Heydərov elektrik enerjisi, su, kanalizasiya və digər məsələlərlə bağlı texniki şərtlərin verilməsi sahəsində problemlərin mərhələ-mərhələ aradan qaldırılacağını, texniki şərtlərin verilməsinin asanlaşdırılacağını söyləyib.

O, Fövqəladə Hallar Nazirliyinin sahibkarlara hər zaman dəstək verəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR