Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişiklik Bakı Xoreoqrafiya Akademiyasında fəlsəfə doktoru və elmlər doktoru üzrə doktoranturalar yaradılmasını nəzərdə tutur.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılıb və fəaliyyətə başlayıb. Akademiya ümumi, orta ixtisas, ali və əlavə təhsil proqramlarını həyata keçirən, klassik balet, dünya xalq və Azərbaycan rəqsləri üzrə ali təhsilli kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan dövlət təhsil kompleksidir. Akademiya Mədəniyyət və Turizm Nazirliyinə fəaliyyətinin nəticələri barədə hesabatları təqdim edir.