DİN Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb
# 06 yanvar 2016 10:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də Bakı şəhər sakini Məryəm Namidzadənin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı Nəsimi rayonunun F.Qasımzadə küçəsindəki evində tapılıb. M.Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlanmasını bildirib.

Nəsimi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR