XDMX və Daxili Qoşunların hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları 10 faiz artırılıb

XDMX və Daxili Qoşunların hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları 10 faiz artırılıb
# 19 yanvar 2016 14:59 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Prezident Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılması haqqında da sərəncam imzalayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR