Balakəndə 25 yaşlı qadını ilan sancıb

Balakəndə 25 yaşlı qadını ilan sancıb
# 31 avqust 2016 01:14 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə 25 yaşlı qadını ilan sancıb.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 30-u axşam saatlarında rayonun Hənifə kənd sakini, 1991-ci il təvəllüdlü Dilbər Vaqif qızı Babayeva ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, 25 yaşlı Dilbər Babayeva yaşadığı evin həyətyanı sahəsində işləyərkən ilan qəfildən onun sol ayağın pəncə nahiyəsindən sancıb. Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Dilbər Babayevaya lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Dilbər Babayevanın vəziyyətinin orta-stabil olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR