Bakı-APA. Rusiyanın Rostov vilayətində daha 2 nəfər “donuz qripi”ndən (H1N1) dünyasını dəyişib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, beləliklə vilayətdə ölümcül xəstəlikdən ölənlərin sayı 8-ə çatıb.
“Yanvarın 1-dən 25-dək Rostov vilayətində 270 nəfərdə “donuz qripinə” yoluxma halları qeydə alınıb, onlardan 8-i letal sonluqla nəticələnib”, Rostov vilayəti Səhiyyə Nazirliyinin yaydığı rəsmi məlumatda deyilir.