Bakı. Musa Əhmədov – APA-Economics. “Azər Türk Bank”da departamentlərdən birinə yeni təyinat olub.
“APA-Economics” bankın saytına istinadən xəbər verir ki, bank təhlükəsizliyi departamentinin direktoru vəzifəsinə Bəhruz Əli oğlu Qayıbov təyin edilib.
Qeyd edək ki, bu vəzifədə əvvəllər İlham Əhmədağa oğlu Axundov çalışıb. O, bu yaxınlarda Azərbaycan Beynəlxalq Bankının Bank fəaliyyətinin təhlükəsizliyi departamentinin direktoru təyin edilib.