Ankarada partlayış törədən terrorçu-kamikadzenin kimliyi müəyyənləşib

Ankarada partlayış törədən terrorçu-kamikadzenin kimliyi müəyyənləşib
# 18 fevral 2016 08:25 (UTC +04:00)

Bakı-APA. Ankarada 28 nəfərin ölümü ilə nəticələnən partlayışı törədən terrorçu-kamikadzenin kimliyi məlum olub.

APA-nın Türkiyənən “Sözcü” qəzaetinə istinadən verdiyi xəbərə görə, həmin şəxsin Suriya vətəndaşı Saleh Necar olduğu bildirilir. Kürd əsilli, PKK terror təşkilatının Suriya qanadı olan PYD/YPG birləşməsinin üzvü S. Necarın 1992-ci il təvəllüdlü olduğu deyilir.

Hadisə yerindən onun parçalanmış meyiti tapılıb. Suriyalı qaçqınlarla birlikdə Türkiyəyə ötən ilin iyulunda gələn terrorçu ilə əlaqədə olduğu bildirilən iki nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR