Zaqatalada minik avtomobili at arabasını vurub, xəsarət alan var

Zaqatalada minik avtomobili at arabasını vurub, xəsarət alan var
# 08 avqust 2016 08:15 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda minik avtomobili at arabasını vurub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə avqustun 7-də axşam saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Aşağı Tala kənd sakini, 1995-ci il təvəllüdlü Murad İsgəndər oğlu Kələşovun üzərində olduğu at arabasını “Niva” markalı minik avtomobil maşını vurub.

Zərbə nəticəsində arabadan yerə yıxılan Murad Kələşov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Murad Kələşovun vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR