Milli Məclisin komitə sədrləri Rusiya və Belarusa səfər edəcəklər

Milli Məclisin komitə sədrləri Rusiya və Belarusa səfər edəcəklər
# 05 sentyabr 2016 15:54 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın Prezidentlər Komitəsinin  Rusiya Dövlət Dumasında keçirəcəyi görüşlərdə iştirak  etmək üçün sentyabrın 6-dan 9-dək Moskvada səfərdə  olacaq.

 

Parlamentdən APA-ya verilən məlumata görə, Rusiya Dövlət  Dumasının sədri Sergey Narışkinin iştirakı ilə keçiriləcək görüşlərdə AŞPA-Rusiya münasibətlərinin  gələcəyi, əməkdaşlığın hərtərəfli  bərpa olunmasının  mümkün yolları barədə müzakirələr aparılacaq.

 

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ilə deputat Xanlar Fətiyev isə Belarus parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün sentyabrın 8-dən 13-dək bu ölkədə  səfərdə olacaqlar. MDB İcraiyyə komitəsinin və MDB Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcək deputatlarımız Minsk  şəhərinin müxtəlif seçki məntəqələrində olacaq, prosesdə yeni texnologiyaların tətbiqi ilə maraqlanacaq, Azərbaycanın bu sahədəki  təcrübəsi barədə fikirlərini bölüşəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR