Zaqatalaya ilk qar yağıb

Zaqatalaya ilk qar yağıb
# 25 oktyabr 2016 14:53 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonun yaşayış məntəqələrinə qar yağıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

 

Oktyabrın 24-də axşam saatlarından başlayaraq, bölgəyə aramsız yağış yağır, havanın hərarəti düzən ərazilərdə müsbət 4-2 dərəcəyə, dağlıq və yüksək dağlıq ərazilərdə isə sıfır dərəcədən aşağı düşüb. Bu gün saat 15.00 radələrindən Zaqatala mərkəzindən 3-4 kilometr məsafədə yerləşən dağətəyi Car, Axaxdərə və Taxtalar  kəndlərinə ilk qar yağmağa başlayıb.
 

Hazırda qarın qalınlığı 1-2 sm təşkil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR