Bakı-APA. İran ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus iki gəmi saxlayıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Amerikanın “Assoşieyted Press” məlumat yayıb.
Məlumata görə, gəmilərin heyətləri ilə əlaqə kəsilib. “Biz İranla təmas yaratdıq və onlar heyət üzvlərinin və gəmilərin tezliklə sərbəst buraxılacaqlarını vəd etdilər”, deyə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.
ABŞ dövlət katibi Con Kerri insidentin tezliklə həll olunması üçün İran XİN rəhbəri Məhəmməd Cavad Zəriflə telefon əlaqəsi yaradıb. Məlumata görə, Amerika tərəfi gəmi heyətlərinin dərhal sərbəst buraxılmasına nail olmağa çalışır.