Lavrov və Kerri yanvarın 20-də Sürixdə görüşəcəklər

Lavrov və Kerri yanvarın 20-də Sürixdə görüşəcəklər
# 15 yanvar 2016 03:30 (UTC +04:00)

Bakı-APA. Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tərəflər Suriya böhranının nizamlanmasını və Ukraynadakı münaqişəni müzakirə ediblər. Lavrov və Kerri yanvarın 20-də Sürixdə görüşün keçirilməsinə dair razılığa gəliblər.

Bu barədə məlumat Rusiya XİN-in saytında dərc edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR